Əsas Səhifə > Hadisə > İki bacı dəm qazından boğularaq ölüb
İki bacı dəm qazından boğularaq ölüb9-04-2019, 16:43 |
![]() Mingəçevirdə iki bacı dəm qazından boğulub. ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti 90 ünvanında qeydə alınıb. Şəhər sakini, 1995-ci il təvəllüdlü Roza İbadova və onun bacısı, 2001-ci il təvəllüdlü Emilya Mobilçenko yaşadıqları mənzildə qazdan boğularaq ölüblər. Qeyd edək ki, ölən bacılardan biri ailəli, digəri subay olub. Faktla bağlı araşdırmalara başlanılıb. Rubrika.az Geri qayıt |