Əsas Səhifə > Hadisə > Ramin Hacılı azadlığa buraxılıb
Ramin Hacılı azadlığa buraxılıb9-04-2019, 16:51 |
![]() Dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilərək həbs edilmiş Ramin Hacılı azadlığa buraxılıb. Rubrika.Az-ın “Report”a istinadən xəbərinə görə, bu barədə R.Hacılının özü sosial şəbəkədə məlumat paylaşıb. O, fotosunu paylaşaraq azadlıqda olduğunu qeyd edib. Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata əsasən, DSX-nin Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alıb. Belə ki, sərhəd naryadı dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlunu saxlayıb. Rubrika.Az Geri qayıt |