Əsas Səhifə > Hadisə > XİN-dən Ukraynada erməni döyüşçüyə abidə ucadılması xəbəri ilə bağlı açıqlama

XİN-dən Ukraynada erməni döyüşçüyə abidə ucadılması xəbəri ilə bağlı açıqlama


10-04-2019, 21:40
XİN-dən Ukraynada erməni döyüşçüyə abidə ucadılması xəbəri ilə bağlı açıqlama

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətindən Cebhe.info-ya verilən özəl məlumata görə, Ukraynada aprel hadisələri ilə bağlı heç bir abidə ucadılmayıb:

“Bəzi kütləvi informasiya vasitələrində Kiyevdə 2016-cı ilin aprel hadisələrində erməni döyüşçülərinin xatirəsinə abidənin ucaldılması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Qeyd etmək istərdim ki, mətbuatda yayılmış abidə şəkilləri hələ 2015-ci ildə Kiyev şəhərində qondarma “erməni soyqırımı”nın ildönümünə həsr edilmiş xaçkar daşıdır. Bu gün Ukrayna ərazisində 20-dən çox bu kimi xaçkarlar mövcuddur. Kiyevdə xaçkar daşı qarşısında bu ilin 5 aprel tarixində yığılanlar isə yalnız bu ölkədəki erməni icmasının nümayəndələridir”.

Rubrika.Az
Geri qayıt