Əsas Səhifə > Hadisə > Bakıda 45 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Bakıda 45 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb11-04-2019, 09:34 |
![]() Bakının Yasamal rayonunda 45 yaşlı kişi bıçaqlanıb. ONA-nın verdiyi xəbərə görə, hadisə Seyfəddin Dağlı küçəsi 31 ünvanında qeydə alınıb. 1974-cü il təvəllüdlü Vəliyev Rüfət Xanbala oğlu aldığı iki bıçaq yarası ilə 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Məlumata görə, ona bıçaq xəsarətlərini qonşusu yetirib. Faktla bağlı istintaq araşdırmalarına başlanılıb. Rubrika.az Geri qayıt |