Əsas Səhifə > Hadisə > Dünyanı dəyişən jurnalist Londonda belə tutuldu- Culian Assanjın çətin həbsi

Dünyanı dəyişən jurnalist Londonda belə tutuldu- Culian Assanjın çətin həbsi


11-04-2019, 15:50
Dünyanı dəyişən jurnalist Londonda belə tutuldu- Culian Assanjın çətin həbsi

Məşhur “Wikileaks” saytının yaradıcısı Julian Assanj Londonda saxlanılıb.

Qeyd edək ki, Assanj İsveç və ABŞ tərəfindən axtarışa verilmişdi. O, İsveçdə zorlama və digər seksual xarakterli cinayətlərdə, ABŞ-da isə məxfi sənədləri yaymaqda ittiham olunur. Assanjı yaxalamaq FBI-ın əsas vəzifələrindən biri idi. Həm Dövlət Departamentinin məxfi sənədləri, həm də Hillari Klintonun seçki qərargahına aid yazışmalar “Wikileaks”da dərc olunmuşdu.

Assanj 2012-ci ildən Ekvadorun Britaniyadakı səfirliyində gizlənirdi və bu ölkə hökumətinin qərarı ilə bu gün London polisinə təhvil verilib.

Ekvador sosialist prezident Rafael Korrea dövründə Latın Amerikasında ABŞ əleyhdarı olan ölkələrdən biri idi. Korreadan sonra Lenin Moreno prezident seçildi. Lenin müəllim də eyni partiyanın (Müstəqil və Vüqarlı Vətən alyansı) nümayəndəsidir və Korrea dövründə vitse-prezident vəzifəsini tutub. Lakin o, prezident seçildikdən sonra gözlənilmədən ABŞ-la yaxınlaşma siyasəti yeritməyə başladı, hətta Venesuelada yaranmış siyasi böhran zamanı Ekvador Xuan Quaydonu qanuni prezident kimi tanıyan ilk ölkələrdən oldu.

İndi Britaniya məhkəməsi Assanjın İsveçə, yoxsa Amerikaya ekstradisiya edilməsinə dair qərar qəbul etməlidir.

Onu da qyed edək ki, Culian Assanjın rəhbərlik etdiyi sayt dünya miqyasında bir siyasi təlatümə səbəb olmuşdu. Onun açıqladığı məxfi materiallar əksər ölkələri əhatə edir, müxtəlif siyasət adamlarının qalmaqallı fəaliyyətinə işıq salırdı.

Assanjın açıqladığı materiallar sırasında Azərbaycana aid olan yazışmalar və faktlar da var idi.

Əslində onun bu cür total şəkildə təqib olunması söz və mətbuat azadlığına zidd olsa da, belə görünür ki, bütün dünyada azadlıq tələbə edən dairələr özlərinə gələndə bir jurnalisti seksual zorakılıqda belə şərləməkdən çəkinmirlər.

Rubrika.Az

Geri qayıt