Əsas Səhifə > Səhiyyə > Adil Baxşəliyev deyilənləri təkzib etdi - “Tamamilə şər-böhtandır...”
Adil Baxşəliyev deyilənləri təkzib etdi - “Tamamilə şər-böhtandır...”11-04-2019, 17:38 |
|
Medianın əsas vəzifəsi cəmiyyəti tərəfsiz, operativ və obyektiv informasiya ilə təmin etməkdir. Təəssüflər olsun ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra KİV-lər daha çox oxucu kütləsi toplamaq, reytinq qazanmaq xatirinə yoxlanılmamış, təsdiq olunmamış məlumatlar yayırlar. Bəzən isə həmkarlarımız bilərəkdən və ya bilməyərəkdən kimlərinsə maraqlarına xidmət edir, məqsədli piar kompaniyası aparırlar. Rubrika.az saytı xəbər verir ki, son günlər bir sıra KİV-lərdə Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Kardiologiya İnstitutunun keçmiş direktoru, tibb üzrə elmlər doktor Adil Baxşəliyev barəsində məlumatlar yayılır. Göstərilən məlumatlarda onun barəsində Cinayət Məcəlləsinin 240.1-1-ci (Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir. Məsələnin kifayət qədər ictimai maraq doğurmasını nəzərə alaraq Rubrika.az saytı A.Baxşəliyevlə əlaqə saxlayaraq məsələyə münasibət açıqlamasını xahiş edib. Qeyd olunan informasiyalardan xəbərdar olduğunu bildirən A.Baxşəliyev deyilənlərin əsassız, tamamilə şər və böhtan olduğunu bildirib. Haqqında yazılanların yalan olduğunu söyləyən A.Baxşəliyev bütün bunların hansı məqsədlə edildiyindən də xəbərsiz olduğunu söyləyib. Sabiq direktor KİV nümayəndələrini məlumatları dəqiqləşdirmədən yaymamağa, çirkin məqsədlərə xidmət etməməyə çağırıb. NOFƏL Rubrika.az Geri qayıt |