Əsas Səhifə > Hadisə > Rusiya XİN Məmmədyarovla Mnatsakanyanın Moskva görüşü haqda
Rusiya XİN Məmmədyarovla Mnatsakanyanın Moskva görüşü haqda11-04-2019, 17:53 |
![]() Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesi çərçivəsində aprelin 15-də Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə erməni həmkarı Zohrab Mnatsakanyan arasında baş tutacaq növbəti görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər. Rubrika.Az Virtualaz.org-a istinadən bildirir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. O, həmçinin, nazirlərin görüşünə Rusiya XİN rəhbəri Sergey Lavrovun qatılacağını da təsdiqləyib. Qeyd edək ki, Azərbaycan XİN nazirlərin növbəti görüşünün 15 apreldə Moskvada keçiriləcəyi və danışıqlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun da iştirak edəcəyi barədə məlumat yaymışdı. Rubrika.Az Geri qayıt |