Əsas Səhifə > İdman > Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi

Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi


13-04-2019, 15:28
Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev Ruminiyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

97 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Artur Şahinyana qalib gələrək 1/4 finala yüksəlib.

Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib. Yunan Roma Güləşçilərindən finala yüksələn İslam Bayramov (87 kq) isə Maksim Manukyanı üstələyib.

Qeyd edək ki, bu gün Azərbaycanın digər yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq), və Rafiq Hüseynov mübarizəyə qoşulub.

Rubrika.Az
Geri qayıt