Əsas Səhifə > Səhiyyə > Gəncədə xəstəxanada yeni doğulmuş körpə ölüb
Gəncədə xəstəxanada yeni doğulmuş körpə ölüb13-04-2019, 15:36 |
![]() Gəncə şəhərində körpə ölümü baş verib. Rubrika.Az-in “Report”a istinadla məlumatına görə, hadisə Gəncə Regional Perinatal Mərkəzdə qeydə alınıb. Belə ki, Daşkəsən rayonunda yaşayan 19 yaşlı Sona Hamil qızı Ələkbərova həmin xəstəxanada qeysəriyyə yolla oğlan uşağı dünyaya gətirib. Doğuşdan bir müddət sonra körpə dünyasını dəyişib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Rubrika.Az Geri qayıt |