Əsas Səhifə > Hadisə > Sumqayıtda 23 yaşlı gənc bıçaqlanıb
Sumqayıtda 23 yaşlı gənc bıçaqlanıb15-04-2019, 10:25 |
|
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. ONA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Muradov Samir Zülfiqar oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya aparılıb və ona döş qəfəsinin və hər iki bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |