Əsas Səhifə > Hadisə > Bu yanacaq markaları gömrük rüsumundan azad edilib
Bu yanacaq markaları gömrük rüsumundan azad edilib15-04-2019, 10:34 |
![]() Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib. Rubrika.Az-in “Report”a istinadla məlumatına görə, dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin gömrük rüsumundan azad edilib. Hazırda bu markalara 15%-lik gömrük rüsumu tətbiq edilir. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir. Nazirlər Kabineti həmçinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Bu dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, həmçinin KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinin 1 tonu üçün aksiz dərəcəsi 1 manat müəyyənləşib. Bu qərar da dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir. Rubrika.Az Geri qayıt |