Əsas Səhifə > Hadisə > Paşinyan Ermənistanda özü üçün “super-baş nazirlik” sistemi yaradır

Paşinyan Ermənistanda özü üçün “super-baş nazirlik” sistemi yaradır


16-04-2019, 16:50
Paşinyan Ermənistanda özü üçün “super-baş nazirlik” sistemi yaradır

Ermənistan Milli Assambleyasının dövlət-hüquq məsələləri üzrə komissiyasında hökumət strukturunda dəiyşikliklərə bağlı müzakirələr keçirilib. Burada iqtidar 17 nazirliyin yerinə 12 müvafiq qurumun yaradılmasını təklif edib.

Ədliyyə naziri Artak Zeynalyanın sözlərinə görə, Diaspora nazirliyi ləğv olunaraq baş nazirliyin aparatı ilə birləşdiriləcək. Bundan başqa, bir çox ideoloji və siyasi vəzifələr, o cümlədən nazir müavinləri, müşavirlər ixtisar olunacaq.

Müxalifət isə bu qərarı süngü ilə qarşılayıb. “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan polis və təhlükəsizlik xidmətini nazirliyə çevirməyərək birbaşa baş nazirə tabe etməklə Paşinyanın super-baş nazirlik sevdasına düşdüyünü bildirib.

Erməni politoloqu Qagik Ambaryan onun bu fikriləri ilə razılaşıb. Ambaryanın fikrincə, Paşinyanı bu addımı atmağa sövq edən səbəb öz komandasının zəifliyini dərk etməsidir. “Belə olan halda ona qalan güc sahəsini sıx şəkildə əlində tutmaqdır. Burada heç olmasa o təsirini qoruyub saxlamağa çalışır”,-deyə erməni ekspert bildirib.

Ambaryan kənd təsərrüfatı kimi strateji sahəyə nəzarət edən nazirliyin ləğv edilərək, Yüksək texnologiyalar və sənaye nazirliyi kimi Ermənistana heç bir dəxli olmayan qurumun saxlanılmasının anlşılmaz olduğunu söyləyib.

Radikal millətçi Levon Şirinyan isə keçmiş prezident Serj Sərkisyanın Ermənistanda yeni sabotajlar hazırladığını, bu səbəbdən Paşinyanın güc orqanlarını əlində saxlamaq fikrinin doğru olduğunu deyib.

Bu arada “Jamanak” qəzeti vaxtilə Nikol Paşiinyanın tərəfdarı olan və saxta viza düzəltmək üstündə həbs edilən Qarsevan Xaçatryan adlı şəxsin şübhəli şəkildə azad olunduğuna dair xəbər yayıb.

Həmin adam 2018-ci ilin martında 49 Ermənistan vətəndaşını saxta Şengen vizaları ilə Avropaya göndərmək üstündə tutulubmuş. Lakin iyun ayındakı hakimiyyət çevrilişindən sonra keçmiş müxalifətçi canını məsuliyyətdən qurtara bilib.

“Jamanak” buna görə indiki iqtidarın arıtq əvvəlkilərin bəzi xasiyyətlərini götürməyə başladığını bildirib.

Rubrika.Az
Geri qayıt