Əsas Səhifə > Hadisə > Bakıda evin hamamından meyit tapıldı

Bakıda evin hamamından meyit tapıldı


17-04-2019, 15:50
Bakıda evin hamamından meyit tapıldı

Bakıda evdən meyit tapılıb.

Rubrika.az-ın Unikal.org-a istinadən məlumatına görə, aprelin 16-da saat 17 radələrində Bakı şəhəri Nizami rayonunda yaşayan, 1940-cı il təvəllüdlü Əliyev Əkrəm Məmməd oğlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evin hamam otağında aşkar edilib.
Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Rubrika.az
Geri qayıt