Əsas Səhifə > Hadisə > Yeni “Notr Dam” Kilsəsinin inşası 5 il sürəcək

Yeni “Notr Dam” Kilsəsinin inşası 5 il sürəcək


17-04-2019, 17:40
Yeni “Notr Dam” Kilsəsinin inşası 5 il sürəcək

Fransa prezidenti Makron srağagün baş verən yanğında böyük zərər görən “Notr Dam” Kilsəsinin yenidən inşasının 5 il ərzində tamamlanacağını söyləyib.

Makron paytaxt Parisin simvollarından tarixi “Notr Dam” Kilsəsində yanğınla bağlı açıqlama verərək yeni kilsənin əvvəlkindən daha gözəl bir şəkildə yenidən inşa ediləcəyini və işin 5 il ərzində başa çatdırılmasını istədiyini söyləyib.
Qeyd edək ki, “Notr Dam” Kilsəsi üçün toplanan ianə miqdarı təxminən 700 milyon avroya çatıb.

Rubrika.Az
Geri qayıt