Əsas Səhifə > Hadisə > Salyanda sürücü maşını aşırdı, öldü

Salyanda sürücü maşını aşırdı, öldü


22-04-2019, 09:36
Salyanda sürücü maşını aşırdı, öldü

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın Aran bürosunun məlumatına görə, hadisə axşam 22:17 radələrində rayonun Ərəbqardaşbəyli kəndi ərazisində baş verib.

Salyan rayon sakini, 1973-cü il təvəllüdlü Elsevər Nəcəfov idarə etdiyi “LADA Priora” markalı avtomobili yoldan çıxararaq aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt