Əsas Səhifə > İdman > Azərbaycan millisinin sabiq futbolçusu döyülüb
Azərbaycan millisinin sabiq futbolçusu döyülüb22-04-2019, 09:38 |
|
Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu döyülüb. ONA-nın məlumatına görə, hadisə Xətai rayonu N.Rəfiyev küçəsində qeydə alınıb. Belə ki, 2 nəfər naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb. Polisə bu barədə zərərçəkən özü şikayət edib. Hadisəni törədən şəxslər axtarılır. Qeyd edək ki, döyülən şəxs 2007-2011-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub. Geri qayıt |