Əsas Səhifə > Səhiyyə > Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib
Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib22-04-2019, 12:14 |
|
Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib. Rubrika.Az Trend-ə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş. Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb. G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib. Rubrika.az Geri qayıt |