Əsas Səhifə > Manşet > Binəqədi rayonunda “Zeytunluq qətliamı”
Binəqədi rayonunda “Zeytunluq qətliamı”23-04-2019, 14:33 |
|
Zeytunluq boyda bir ərazidə bu ağac qətliamını Binəqədi rayon İcra Hakimiyyətinin,əlaqədar dövlət qurumlarının icazəsi,”xeyir-duası” olmadan aparmaq faktiki olaraq mümkün deyil Binəqədi rayonu ərazisində növbəti ekoloji terror yaşanır. Yaz fəsli gələr gəlməz rayonun 6-cı mikrorayon ərazisinin qərb hissəsində Zeytunluq adlanan yerdə ağacların kütləvi kəsilməsinə start verilib. Qeyd olunan ərazidə olarkən dəhşətə gəldik-təbiətə bu qədər dəhşətli dərəcədə divan tutmaq, yaşıllıqlara düşmən münasibət bəsləmək hardan qaynaqlanır görəsən? Dövlət yeni-yeni yaşıllıq zolaqları salmaq üçün milyonlarla vəsait sərf etdiyi halda illərdir qorunub saxlanılan yaşıllıqları bir andaca hansısa maraqlar naminə məhv etməyə nə ad vermək olar? Rubrika.az saytına daxil olan məlumata görə qeyd olunan ərazidə “Azərenerji” ASC tərəfindən bir müddət əvvəl 110 kv-lıq yüksək gərginlikli yeraltı kabel xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar müvafiq işlər aparılıb. Bu barədə “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevə Bakı şəhər İH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Elşən Məmmədzadənin imzası ilə məktub da göndərilib. Həmin məktubda bildirilir ki, “Həmin ərazidən 110 kv-lıq yüksək gərginlikli yeraltı kabel xəttinin çəkilməsinin vacibliyini nəzərə alaraq ərazidə olan ağacların qorunması (zədələnməməsi) şərti ilə işin aparılmasına etiraz etmirik.” Ərazidə olarkən bir daha şahidi olduq ki, bu məktublaşma quru rəsmiyyətdən başqa bir şey deyilmiş. Çünki, Zeytunluq adlanan ərazidə zeytunluqdan əsaər-əlamət qalmamışdı. Ərazi zeytunluqdan daha çox döyüş meydanını xatırladırdı. Çoxillik ağaclar vandalcasına məhv edilmiş, kökündən çıxarılmışdı. Bir zamanlar yaşıllıq olan ərazidə indi traktorların altını üstünə çevirdikləri quru torpaq sahəsi var. Aydın şəkildə görünür ki, ərazi əslində obyekt tikintisi üçün hazırlanıb. Rubrika.az saytının araşdırmasına görə yaxın zamanlarda burada böyük bir obyektin inşasına başlanacaq. Təbii ki, bu “yaşıl terrorun” özbaşına,gizlin aparılmasına heç baxça uşaqlarını da inandırmaq mümkün deyil. Zeytunluq boyda bir ərazidə bu ağac qətliamını Binəqədi rayon İcra Hakimiyyətinin,əlaqədar dövlət qurumlarının icazəsi,”xeyir-duası” olmadan aparmaq faktiki olaraq mümkün deyil. Maraqlıdır ki, dövlətin maraqlarını qorumağa məsul olan bu qurumlar hansı maraqlar naminə belə bir “ekoloji terror”a göz yumublar. Onsuz da son illər ekoloji problemlərin yaşandığı paytaxt ərazisində böyük bir yaşıllıq ərazini səhraya çevirmək, hansısa şəxsin milyonlar qazanması üçün qurban vermək hansı insafa və əxlaqa sığışır? Yerində aradırma apararkən özünü Mədət adlı şəxs kimi təqdim edən aparılan işlərin " yuxarı" səviyyədə olduğunu bildirir və "burada kabel xəttinin yalnız yerinin dəyişdirilməsindən başqa söhbət gedə bilməz" deyərək bildirdi.“Bir ağacı kəsən elə bilsin ki,mənim qollarımı kəsir” deyən ulu öndərin xatirəsinə beləmi ehtiram göstərirlər? Suallar çoxdur-cavabını isə yəqin ki,əlaqədar təşkilatlar tezliklə verəcəklər! Araşdırmamız davam edəcək. Nicat Mahmudov Rubrika.Az Geri qayıt |