Əsas Səhifə > Dünya > Trampın impiçmenti ABŞ gündəmində - “Konstitusiya Məhkəməsinə gedərəm”
Trampın impiçmenti ABŞ gündəmində - “Konstitusiya Məhkəməsinə gedərəm”26-04-2019, 16:16 |
![]() 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdıran, ancaq ciddi sübut tapa bilməyən xüsusi prokuror Müllerin açıqladığı hesabat və sonrakı proseslər prezident Trampın impiçmentə cəlb olunması ilə bağlı müzakirələri qızışdırıb. Rubrika.Az Avropa.info-ya istinadla xəbər verir ki, Tramp Demokrat partiyası üzvlərinin impiçment prosesini başladacağı təqdirdə ABŞ Konstitusiya Məhkəməsinə müraciət edəcəyini bəyan edib. “Trampa nifrət edənlər və qəzəbli demokratlar görünməmiş büdcə ilə (35 milyon dollar) hazırlasa da, Müllerin hesabatı mənə ziyan vermədi. Səhv iş görməmişəm. Əgər partizan demokratlar məni vəzifədən uzaqlaşdırmağa cəhd edərlərsə, əvvəlcə Konstitusiya Məhkəməsinə gedərəm. Bütün cinayətləri saxtakar Hillari, demokratlar və Demokrat partiyası Milli Komitəsi və çirkaba bulaşmış polislər törətdilər. Mülleri gözlədik və qalib gəldik. Demokratlar ən sonda Konqresdən mədəd umurlar” – Tramp “Tvitter” hesabında yazıb. ABŞ prezidenti dünən “Washington Post” qəzetinə verdiyi müsahibədə Müllerin hesabatı ilə bağlı Konqres komissiyalarındakı mümkün iclaslar üçün əməkdaşlıq etməyəcəyinin siqnalını verib. Tramp Ağ Evdə çoxdan işləyən və hal-hazırda işləyən müşavirlərinin də komissiyalarda ifadə verməsinə qarşı çıxdığını deyib. “İnsanların bir partiya qarşısında ifadə verməsini istəmirəm. Çünki ifadə verirlərsə, bu o mənaya gələcək. Bu məsələni daha da uzatmağa gərək yoxdur. Belə ki, Konqres bitərəf deyil” – Tramp müsahibəsində deyib. Prezident Tramp Ağ Ev müşavirlərinin Konqresdə ifadə vermələrinə veto qoymaq səlahiyyətindən istifadə etməsi ilə bağlı hər hansı qərar vermədiyini bildirib. Qeyd edək ki, demokratlar keçən il noyabr ayında keçirilən seçkilərdə Nümayəndələr Palatasında yerlərin çoxunu qazanmışdılar. Rubrika.Az Geri qayıt |