Əsas Səhifə > İdman > Formula 2 yarışı üzrə sərbəst yürüşlər start götürdü
Formula 2 yarışı üzrə sərbəst yürüşlər start götürdü26-04-2019, 11:23 |
![]() Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib. Rubrika.Az-ın Musavat.com-a istinadən məlumatına görə, sərbəst yürüş 45 dəqiqə davam edəcək. Daha sonra isə Formula 2-nin sıralama turu başlayacaq. Yarışda hərəsindən 2 pilot təmsil olunmaqla 10 komanda birincilik uğrunda mübarizə aparır. Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək. Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır. 2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat. Rubrika.Az Geri qayıt |