Əsas Səhifə > Hadisə > Yunanıstana məxsus təyyarə Moldovanın hava məkanını pozaraq Kişineu aeroportuna enib
Yunanıstana məxsus təyyarə Moldovanın hava məkanını pozaraq Kişineu aeroportuna enib26-04-2019, 22:07 |
|
Yunanıstanın "Bluebird Airways" aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsi aprelin 25-də Moldovanın hava məkanına icazəsiz daxil olaraq Kişineu Beynəlxalq Aeroportuna enib. Rubrika.Az AZƏRTAC-a istinadən bildirir ki, Moldova Sərhəd Polisinin rəisi Fredolina Lekarya baş verən insidentə görə hüquq-mühafizə orqanları tərəfindən qanuna uyğun olaraq müvafiq qərar veriləcəyini bildirib. Təyyarə hava limanında saxlanılıb, araşdırmalara başlanılıb. Bildirilir ki, göyərtəsində yalnız ekipaj üzvlərinin olduğu layner Buxarestdən icazəsiz uçuş edib. Rubrika.Az Geri qayıt |