Əsas Səhifə > Hadisə > Qəzaya düşən Əməkdar artistin vəziyyəti ağırdır

Qəzaya düşən Əməkdar artistin vəziyyəti ağırdır


27-04-2019, 16:37
Qəzaya düşən Əməkdar artistin vəziyyəti ağırdır

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mehriban Xanlarova avtomobil qəzası keçirib.

Rubrika.az Qaynarinfo-ya istinadla xəbər verir ki, aktrisanın vəziyyətinin ağır olduğu bildirilib. Xanlarovanın "Instagram" səhifəsində yaxınları paylaşım edərək, onun səhhətinin pişləşdiyi vurğulanıb:

"Keçirdiyi avtomobil qəzası nəticəsində Mehriban xanımın səhhətində ciddi problemlər yaranıb. Hal-hazırda vəziyyəti orta ağırdır. Dualarınıza ehtiyacı var".

Qeyd edək ki, qəza Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Aktrisanın ayağı əzilib. Yaralılar Klinik Tibbi Mərkəzə gətiriliblər. Ötən gün aktrisanın vəziyyətinin yaxşı olduğu açıqlanmışdı.

Rubrika.az
Geri qayıt