Əsas Səhifə > Hadisə > 99 milyon dollar sərvəti olan biznesmen həbs olundu

99 milyon dollar sərvəti olan biznesmen həbs olundu


27-04-2019, 17:38
99 milyon dollar sərvəti olan biznesmen həbs olundu

Ukraynanın zəngin iş adamı Pavel Klimets Moskvada həbs olunub.

Rubrika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 99 milyon dollar sərvəti olan biznesmen külli miqdarda rüşvət verməkdə şübhəli bilinir.

Məlumata görə, 51 yaşlı Klimets aprelin 12-də həbsxanaya yerləşdirilib. İş adamının vəkili Moskva Şəhər Məhkəməsinin qərarına etiraz olaraq apellyasiyainstansiyasına müraciət etsə də, o, həbsdə qalıb.

Hüquq-mühafizə orqanlarından olan mənbənin sözlərinə görə, Pavel Klimetsin Moskva səfəri 2014-cü ildə Ukraynadakı hərbi döyüşlər başlayandan sonra

Donbassda itirdiyi aktivlərinin taleyini müzakirə etmək cəhdi ilə bağlı olub. Onun kimə rüşvət verdiyi barədə məlumat yoxdur.

Rubrika.az
Geri qayıt