Əsas Səhifə > Hadisə > Putindən Kiyevə ağır zərbə: - Qanun imzalandı

Putindən Kiyevə ağır zərbə: - Qanun imzalandı


1-05-2019, 19:28
Putindən Kiyevə ağır zərbə: - Qanun imzalandı

Rusiya Prezidenti Vladimir Putin Ukrayna əhalisinin müəyyən kateqoriyaları üçün Rusiya vətəndaşlığına keçməyi sadələşdirən qanun imzalayıb.

Rubrika.Az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın hüquqi informasiyaya dair rəsmi internet-portalı yazıb.

Qanuna əsasən, Krımda doğulmuş və daimi yaşamış, 18 mart 2014-cü il tarixinə qədər olan dövrdə bölgəni tərk etmiş ukraynalılara Rusiya vətəndaşlığı sadələşdirilmiş qaydada veriləcək. Bununla yanaşı sözügedən şəxslərin övladları, həyat yoldaşları və valideynləri də Rusiya vətəndaşlığı ala biləcək.

Rubrika.az
Geri qayıt