Əsas Səhifə > Səhiyyə > “Bura gəlməyin, çobandırlar” – Körpəsi ölən valideynin üsyanı – Video
“Bura gəlməyin, çobandırlar” – Körpəsi ölən valideynin üsyanı – Video1-05-2019, 21:29 |
|
Xəbər verdiyimiz kimi, Bakıda özəl xəstəxanada ötən həftə yeni doğulmuş körpə ölüb. Rubrika.Az minval.info-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51-də yerləşən “German” Hospitalda baş verib. 1986-cı il təvəllüdlü Cəfərova Samirə Hüseynağa qızı aprelin 23-də doğuş üçün adıçəkilən hospitala yerləşdirilib və qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Aprelin 26-da isə uşaq hospitalda dünyasını dəyişib. Ölən körpənin valideynləri və qohumları hadisəyə görə xəstəxananın həkimlərini günühlandırır. Onlar övladlarını doğumdan 3 gün sonra “German” Hospitaldan götürməyə gəlsələr də, tibb işçiləri uşağın keçindiyini bildirib. Faktla bağlı araşdırmanın aparıldığı bildirilir. Daha ətraflı videoda: https://bax.tv/video/61580.html Rubrika.az Geri qayıt |