Əsas Səhifə > Hadisə > 1 milyon manatlıq dələduzluqda təqsirləndirilənlərin məhkəməsi başladı

1 milyon manatlıq dələduzluqda təqsirləndirilənlərin məhkəməsi başladı


2-05-2019, 11:36
1 milyon manatlıq dələduzluqda təqsirləndirilənlərin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Rubrika.Az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 8-nə təyin edilib.

Qeyd edək ki, "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirli bilinir.

İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.

Cinayət işində 33 zərərçəkmiş var.

Rubrika.Az
Geri qayıt