Əsas Səhifə > Hadisə > Salyanda tövlə yanıb

Salyanda tövlə yanıb


2-05-2019, 22:35
Salyanda tövlə yanıb

Bu gün axşam saatlarında Salyan rayonunun Şorsulu kəndində mal-qara saxlanılan tövlədə yanğın olub.

Rubrika.az FHN-in saytına istinadən xəbər verir ki, ümumi sahəsi 90 m² olan tövlənin qamışdan ibarət dam örtüyü və yaxınlıqda ümumi sahəsi 120 m² olan digər tövlənin qamışdan ibarət dam örtüyü 2 m² sahədə yanıb. Hər iki tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rubrika.az
Geri qayıt