Əsas Səhifə > Hadisə > İranlı general qonşu ölkələrə xəbərdarlıq etdi
İranlı general qonşu ölkələrə xəbərdarlıq etdi2-05-2019, 22:56 |
|
"İran regionda müharibə arzulamır" İrana qarşı aparılan müharibə bütün region ölkələrinə baha başa gələ bilər. Bunu İran İslam Respublikasının "Xatəmul Ənbiya" qərargahının komandiri general-mayor Qulam Əli Rəşid bəyan edib “Biz ümid edirik ki, qonşu ölkələr ABŞ-ın və israillilərin maraqlarına uyğun gələn addımlar atmaqdan çəkinəcəklər. Bu kimi addımlar regionda gərginliyin artmasına və müharibə ocaqlarının yaranmasına səbəb olar və bütün region ölkələrinə baha başa gələr”. O bildirib ki, İran regionda müharibə arzulamır: “Çünki, bu ABŞ-ın və sionist rejimin maraqlarına xidmət edərdi, lakin biz lazım gələrsə hər zaman təcavüzkara qarşı dayanmaq gücünə malikik”.(oxu.az) Rubrika.az Geri qayıt |