Əsas Səhifə > Hadisə > Azərbaycanda Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunur
Azərbaycanda Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunur3-05-2019, 10:50 |
![]() Bu gün 3 may - Ümumdünya Mətbuat Azadlığı Günüdür. Trend-in məlumatına görə, XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildiriblər. 1991-ci il mayın 3-də YUNESKO bu məramı ifadə etmiş sənədi - Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləyərək, həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini Birləşmiş Millətlər Təşkilatına göndərib. 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub. Bu gün Azərbaycanda da qeyd olunur və Mətbuat Şurasının təşəbbüsü ilə Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçiriləcək. Rubrika.Az Geri qayıt |