Əsas Səhifə > Hadisə > Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini təyin olundu
Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini təyin olundu4-05-2019, 12:21 |
![]() Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub. Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub. Xatırladaq ki, 2018-ci ilin dekabrında Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilmiş və Azərbaycanın Baş naziri Novruz Məmmədovun sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat rəhbəri təyin olunmuşdu. Rubrika.Az Geri qayıt |