Əsas Səhifə > Hadisə > Bu gecə Bakının mərkəzi küçələrindən birində rəngləmə işləri aparılacaq

Bu gecə Bakının mərkəzi küçələrindən birində rəngləmə işləri aparılacaq


4-05-2019, 17:23
Bu gecə Bakının mərkəzi küçələrindən birində rəngləmə işləri aparılacaq

Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, gecə saatlarında isə Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.

Sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Rubrika.Az
Geri qayıt