Əsas Səhifə > Hadisə > Tərtərdə at vuran oğlan Bakıya gətirilir - "Əməliyyat olunmalıdır"
Tərtərdə at vuran oğlan Bakıya gətirilir - "Əməliyyat olunmalıdır"10-05-2019, 12:16 |
![]() Xəbər verildiyi kimi, Tərtər rayonunun Şixarx qəsəbə sakini Laçın Mübariz oğlu Fənəliyevi at vuraraq ağır yaralayıb. Laçın Fənəliyevin anası AzNews.az-a oğlunun səhhəti ilə bağlı açıqlama verib. O bildirib ki, oğlu hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasındadır: “Laçını at otlaq sahəsində vurub. Həkimlər onu müayinə edib. Huşu başındadır, insanları tanıyır. Amma həkimlər deyir ki, beynində qan var. Təcili əməliyyat olunub qan çıxarılmalıdır. Bu gün Laçını Bakıya gətirəcəyik”. Rubrika.Az Geri qayıt |