Əsas Səhifə > Hadisə > Qadın jurnalist qətlə yetirildi

Qadın jurnalist qətlə yetirildi


13-05-2019, 09:19
Qadın jurnalist qətlə yetirildi

Əfqanıstanda qadın jurnalist Mina Manqal qətlə yetirilib.

Rubrika.Az xəbər verir ki, bu barədə ölkənin ATN kanalı məlumat yayıb. Daha əvvəl jurnalist kimi çalışmış, Əfqanıstan parlamentində mədəniyyət müşaviri vəzifəsində işləyən Manqal səhər saatlarında paytaxt Kabildə işə gedərkən silahlı hücuma məruz qalıb və həyatını itirib.

Hadisənin kim tərəfindən törədildiyi və motivi bilinmir.

Rubrika.Az
Geri qayıt