Əsas Səhifə > Hadisə > Tramp NASA-ya əlavə 1,6 milyard dollar ayırmağa qərar verib

Tramp NASA-ya əlavə 1,6 milyard dollar ayırmağa qərar verib


15-05-2019, 09:22
Tramp NASA-ya əlavə 1,6 milyard dollar ayırmağa qərar verib

ABŞ Prezidenti Donald Tramp Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) büdcəsinə Ay və Marsın kəşfiyyatı üçün əlavə 1,6 milyard dollar ayırmağı qərara alıb.

Trend-in məlumatına görə, bu barədə D.Tramp öz "Tvitter" səhifəsində bildirib.

O yazır: "...biz NASA-nın üstünlüyünü bərpa edirik və Aya qayıdırıq, sonra isə Marsa gedəcəyik. Büdcəyə əlavə 1,6 milyard dollar daxil etmək üçün dəyişiklik edirəm ki, biz kosmosa qayıda bilək!".

Rubrika.az
Geri qayıt