Əsas Səhifə > Hadisə > Hələbdə hərbi aerodrom atəşə tutuldu
Hələbdə hərbi aerodrom atəşə tutuldu15-05-2019, 10:34 |
![]() Suriyanın Hələb şəhərində hərbi aerodromun yerləşdiyi Neyrab qəsəbəsinin artilleriya atəşinə tutulması nəticəsində 6 nəfər ölüb. RİA "Novosti" xəbər verir ki, bu barədə yerli "Ikhbariya" dövlət telekanalı məlumat yayıb. "Terror qruplaşmaları tərəfindən Neyrab düşərgəsinə edilən artilleriya hücumu nəticəsində 6 nəfər ölüb", - deyə məlumatda bildirilir. Suriya ordusu mayın 6-da başlayan hərbi əməliyyat zamanı Həma əyalətinin şimalında yerləşən bir neçə yaşayış məntəqəsini azad edib, həmçinin Kalat əl-Mudik və Kafr-Nabuda kimi mühüm strateji yaşayış məntəqələrini ələ keçirib. Rubrika.Az Geri qayıt |