Əsas Səhifə > Hadisə > Ermənistan hökuməti rəsmən qayçılandı
Ermənistan hökuməti rəsmən qayçılandı17-05-2019, 17:38 |
![]() Ermənistan prezidenti Armen Sərkisyan hökumətin ixtisarı barədə qanunu imzalayıb. Rubrika.az-in novator.az-a istinadla məlumatına görə, qanun birləşmələr hesabına nazirliklərin sayının 17-dən 12-yə düşürülməsini nəzərdə tutur. Yeni hökumət Xarici İşlər; Müdafiə; Ədliyyə; Fövqəladə Hallar; Maliyyə; İqtisadiyyat; Yüksək Texnologiyalar Sənayesi; Əmək və Sosial Məsələlər; Ərazi İdarəçiliyi və İnfrastruktur; Səhiyyə; Elm, Təhsil, Mədəniyyət və İdman; Təbiəti Mühafizə nazirliklərindən ibarət olur. İxtisar baş nazir Nikol Paşinyanın təşəbbüsüdür. 1998-ci ildən Ermənistanda ali icra hakimiyyətinə Qarabağ erməniləri başçılıq edib. 2008-ci ilədək prezident postunu Robert Köçəryan, 2018-ci il aprelin 9-dək Serj Sərkisyan tutub. Həmin gündən ali icra hakimiyyətinin rəhbəri statusu baş nazirə keçib. Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verib. Həmin il mayın 8-dən xalq etirazlarının lideri Nikol Paşinyan baş nazirdir. 1975-ci ildə Ermənistanın İcevan şəhərində doğulan Nikol Paşinyan əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının başçısıdır. Ermənistan hökumətində Dövlət Nəzarəti Xidməti, Milli Təhlükəsizlik Xidməti və Polis birbaşa baş nazirə tabe qurumlardır. Nazirlər Kabinetinin nəzdində 5 komitə yer alır: Şəhərsalma Komitəsi; Dövlət Gəlirləri Komitəsi; Statistika Komitəsi; Daşınmaz Əmlakın Kadastrı Komitəsi; Nüvə Təhlükəsizliyi Komitəsi. Hökumətə tabe olan 6 müfəttişlik var: Şəhərsalma, Texniki Təhlükəsizlik və Yanğın Təhlükəsizliyi Müfəttişliyi; Təhsil Müfəttişliyi; Təbiəti və Yerin Təkini Mühafizə Müfəttişliyi; Səhiyyə və Əmək Müfəttişliyi; Bazara Nəzarət Müfəttişliyi; Ərzaq Təhlükəsizliyi Müfəttişliyi. Rubrika.Az Geri qayıt |