Əsas Səhifə > Dünya > “İran raketləri ABŞ gəmilərini məhv edə bilər” – İranlı general
“İran raketləri ABŞ gəmilərini məhv edə bilər” – İranlı general18-05-2019, 09:55 |
![]() SEPAH komandiri general Məhəmməd Saleh Cokar Fars körfəzinə yan alan Amerika gəmiləri barədə sərt bəyanatla çıxış edib. ONA “Reuters”-ə istinadən xəbər verir ki, iranlı general deyib ki, İranın yaxınmənzilli raketləri ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki gəmilərini məhv edə bilər. O, həmçinin ABŞ-ın müharibəyə yönəlik addım atmayacağına əmin olduğunu deyib. Qeyd edək ki, ABŞ xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatlarda da İrana məxsus raketlərin tam döyüş hazırlığına gətirilməsi bildirilib. Bu barədə ABŞ-ın yerli mətbuatında bir sıra xəbərlər dərc edilib. Rubrika.Az Geri qayıt |