Əsas Səhifə > Hadisə > Zelenskinin andiçməsinə gedəcək 5 prezident bəlli olub

Zelenskinin andiçməsinə gedəcək 5 prezident bəlli olub


18-05-2019, 13:40
Zelenskinin andiçməsinə gedəcək 5 prezident bəlli olub

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin inauqurasiyasına gedəcək beş ölkə prezidentinin adı təsdiqlənib.

Rubrika.Az 7News.Az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat katibi Yekatrina Zelenko məlumat verib. Andiçmə mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri iştirak edəcəklər.

Bundan başqa, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç və NATO baş katibinin köməkçisi də səfərini təsdiqləyib.

XİN nümayəndəsinin sözlərinə görə, Rusiya tədbirə dəvət edilməyib: "Biz tərəfdaşımız və dostlarımız olan ölkələri dəvət etmişik”.

Qeyd edək ki, Ali Rada Zelenskinin inauqurasiyasını mayın 20-nə təyin edib.

Rubrika.Az
Geri qayıt