Əsas Səhifə > Dünya > Saakaşvili tərəfdarlarını hücuma səslədi
Saakaşvili tərəfdarlarını hücuma səslədi20-05-2019, 10:20 |
![]() Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Feysbuk” hesabında video-müraciətlə çıxış edib. Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, M.Saakaşvili özünün Vahid Milli Hərəkat Partiyasını və tərəfdarlarını hücuma səsləyib. “Biz hücum və ancaq hücum etməliyik. Bizi hər dəfə seçkidən məhrum edirlər, seçkiləri saxtalaşdırırlar. İvanişvili hər dəfə fərqli fəndlərə əl atır”, - Saakaşvili vurğulayıb. Qeyd edək ki, bu gün Gürcüstanın beş rayonunda mer, səkkiz rayonunda isə bələdiyyə məclisi aralıq seçkiləri keçirilir. Rubrika.Az Geri qayıt |