Əsas Səhifə > Hadisə > Azərbaycanda Rəqabət Məcəlləsi hazırlanacaq
Azərbaycanda Rəqabət Məcəlləsi hazırlanacaq21-05-2019, 15:56 |
![]() "Azərbaycanda islahatlar mütəmadi olaraq keçirilməkdədir". Rubrika.az-ın ONA-ya istinadla xəbərinə görə, bunu Birinci Vitse-prezidentin köməkçisi Gündüz Kərimov məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi zamanı deyib. G. Kərimovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Məhkəmə-hüquq sahəsində islahatlarının dərinləşdirilməsi" haqqında Fərman sahibkarlar üçün yeni imkanların yaradılmasını nəzərdə tutur. Birinci Vitse-prezidentin köməkçisi qeyd edib ki, 2019-2020-ci illərdə Rəqabət Məcəlləsinin hazırlanması prioritet məsələdir. Rubrika.az Geri qayıt |