Əsas Səhifə > Hadisə > Türkiyə ABŞ istehsalı olan bir qrup məhsulun gömrük rüsumunu azaldıb
Türkiyə ABŞ istehsalı olan bir qrup məhsulun gömrük rüsumunu azaldıb22-05-2019, 10:40 |
![]() Türkiyə hökuməti ABŞ istehsalı olan 22 məhsulun gömrük rüsumunu yarıya qədər endirməyə qərar verib. Türkiyə mətbuatı yazır ki, bununla bağlı qərar ABŞ-ın keçən həftə Türkiyədən polad və alüminium məhsullarına tətbiq etdiyi 50 və 20% əlavə vergini yarıya endirməsindən sonra qəbul olunub. Gömrük rüsumu azaldılmış məhsulların arasında sərt qabıqlı, təzə və ya qurudulmuş, qabığı çıxarılmış və yaxud soyulmuş meyvələr, düyü, alkoqol dərəcəsi 80%-dən yüksək olan məhsullar, likorlar və alkoqollu içkilər, tütün yarpağı və tütünlər, daş kömür var. Rubrika.Az Geri qayıt |