Əsas Səhifə > Hadisə > “Zara”dan biabırçılıq: - Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər
“Zara”dan biabırçılıq: - Paltarlarını dəyişən qadınları gizlin VİDEO-ya çəkirlər22-05-2019, 15:31 |
![]() Bakıda “Zara” mağazasında soyunub-geyinmə kabinəsinə müşahidə kamerası quraşdırılıb. Rubrika.Az xəbər verir ki, bu barədə Bakı sakini Xədicə Kərimova BAKU.WS-ə şikayətində bildirib. Şikayətçi deyir ki, Bakıda malların birində yerləşən “Zara” mağazasında paltar alarkən əyninə olub-olmadığını bilmək istəyib. Bu səbəbdən də, kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb. ![]() “Açığı çox pis oldum. Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”, - deyə şikayətçi bildirib. Məsələ ilə bağlı “Zara” mağazası ilə əlaqə saxlanılıb. Lakin məsələyə açıqlama verilmədi. Rubrika.az Geri qayıt |