Əsas Səhifə > Səhiyyə > MİNNƏTDARLIQ
MİNNƏTDARLIQ23-05-2019, 11:58 |
|
Uzun illər idi ki, başımda və mədə nahiyəmdə olan ağrılardan, əsəb və gərginlikdən, yuxusuzluqdan əziyyət çəkiridm. Bununla bağlı Yasamal rayonunda yerləşən 4 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi Tural Əliyevə müraciət etdim. Tural həkim haqqında, onun təcrübəsi və səriştəsi barədə əvvəllər də çox eşitmişdim. Düzü, sağalacağıma inamım olmadığından da bu həkimin məni sağaldacağına şübhə ilə yanaşırdım. Amma indi fikrimdə yanldığımı boynuma alıram. Çünki uzun illər çəkdiyim ağrı-acılardan demək olar ki, tam qurtulmuşam. Tural həkimin yazdığı dava-dərmanların mənə böyük köməyi oldu. Odur ki, BŞT və TS YS-nın baş həkimi, çox hörmətli Rauf Nağıyevə də minnətdarlığımı bildirirəm ki, belə savadlı, təcrübəli, insanların sağlamlığı keşiyində əlindən gələnləri əsirgəməyən, xəstələrə şəfa verən və onların hər birinin ümid yerinə çevrilən həkim personalı ilə çalışır. Sonda üzümü Tural həkimə tutub deyirəm: - Tural həkim, mən çox şadam ki, səhiyyəmizdə sizin kimi savadlı həkimlərimiz var. Siz heç bir müayinə etmədən və aparatdan istifadə etmədən belə mənim ağrı-acılarımın səbəblərini bilib müalicə etdiniz. Şəfalı əlləriniz var olsun. Tanrı sizi qorusun. Amin! Hörmətlə; CAHAN SALMANQIZI "Açıq Səma" qəzetinin redaktoru, "Vicdanlı qələm" və "Ustad qələm sahibi" media mükafatları laureatı Geri qayıt |