Əsas Səhifə > Hadisə > Ermənistanda aksiya: Sürücülər tətil edir

Ermənistanda aksiya: Sürücülər tətil edir


24-05-2019, 09:50
Ermənistanda aksiya: Sürücülər tətil edir

Ermənistanın Vanadzor şəhərində etiraz aksiyası başlayıb.

Rubrika.az qaynarinfo-ya istinadla xəbər verir ki, ictimai nəqliyyat sürücüləri nəqliyyat vasitələri ilə şəhərin əsas meydanını bağlayıb. Etiraz edənlər işə çıxmaqdan imtina edirlər. Etirazın səbəbi isə sıxılmış qaz qiymətlərinin yüksək olmasıdır.

Etiraz aksiyasının gün ərzində davam edəcəyi gözlənilir.

Rubrika.Az
Geri qayıt