Əsas Səhifə > Gündəm > Fazil Məmmədovun "SON QALASI" yıxılacaqmı? - Başçıya özünü yığışdırması tapşırılıb
Fazil Məmmədovun "SON QALASI" yıxılacaqmı? - Başçıya özünü yığışdırması tapşırılıb29-05-2019, 12:46 |
![]() Keçmiş Vergilər Naziri Fazil Məmmədovun kadrı kimi tanınan Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaxın günlərdə postuna "əlvida" deyəcəyi haqda informasiyalar hələ xeyli əvvəlindən yerli KİV-də dövriyyəyə buraxıldı. Bunun ardından isə Şəmkirin sosial durumu medatik xarakter daşıdı və mətbuatda Şəmkir RİH rəhbərininneqativləri bir-birinin ardından işıqlandırılmağa başladı. Təbii ki, bütün bunlar "yuxarıların" diqqətindən yayınmadı və başçıya ilk tənələr çatdırıldı. Rubrika.Az bildirir ki, bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, Alimpaşa Məmmədova konkret vaxt verilib və özünü yığışdırması tapşırılıb. Mənbənin söylədikləri: "Demək olar ki, hazırki günlər Alimpaşa Məmmədov üçün sınaq dövrüdür". Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Rubrika.Az Geri qayıt |