Əsas Səhifə > Dünya > ABŞ və BƏƏ hərbi əməkdaşlığa başlayır – Saziş qüvvəyə minib
ABŞ və BƏƏ hərbi əməkdaşlığa başlayır – Saziş qüvvəyə minib1-06-2019, 10:36 |
![]() Amerika Birləşmiş Ştatları (ABŞ) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərbi əməkdaşlıq barədə saziş çərşənbə günü qüvvəyə minib. Bu barədə Ağ Evdən bəyan ediblər. Qeyd olunur ki, saziş müdafiə sahəsində əməkdaşlığı möhkəmlədəcək, həm də gələcəkdə siyasi və iqtisadi həmkarlıq münasibətlərinin inkişafına kömək edəcək. Vaşinqtonda qeyd ediblər ki, «kritik əhəmiyyətli dönəmdə» Yaxın Şərqdə sabitliyin dəstəklənməsi xatirinə, hərbi koordinasiyanın gücləndirilməsi çox mühümdür. ABŞ prezidentnin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun BƏƏ-ə səfərinin gedişində İran ətrafında gərinlik və Fars körfəzi bölgəsində təhlükəsizliyin təmin olunması məsələləri müzakirə olunub. Rubrika.Az Geri qayıt |