Əsas Səhifə > İdman > "Qarabağ" UEFA-nın yeni reytinq siyahısında "Milan" və "Feyenord"u qabaqlayıb
"Qarabağ" UEFA-nın yeni reytinq siyahısında "Milan" və "Feyenord"u qabaqlayıb4-06-2019, 09:15 |
|
UEFA 2018/19-cu illər mövsümündə klubların reytinq siyahısını açıqlayıb. Rubrika.az "Report"a istinadla xəbər verir ki, reytinq komandaların son 5 mövsümdə Avropa kuboklarında iştirakı əsasında hesablanıb. Reytinqə yenidən Madridin "Real" klubu başçılıq edir. "Kral klubu" 146 min xal toplayıb. Azərbaycan klublarından siyahının ən yüksək pilləsində "Qarabağ" qərarlaşıb. Ağdam klubu 22 min xal ilə 70-ci pilləni tutub və "Milan", "Feyenord", "Lester Siti", "Real Sosyedad" və "Trabzonspor" kimi komandaları geridə qoyub. Eyni zamanda Azərbaycan klublarından "Qəbələ" 173 (6,250 xal), "Keşlə" 273 (3000), "Neftçi" 274 (3,250), "Zirə" 275 (0,500) və "Kəpəz" 276-cı (0,500) mövqedə qərarlaşıb. Reytinq siyahısı 1. "Real" – 146,000 2. "Barselona" – 138,000 3. "Bavariya" – 128,000 4. "Atletiko" – 127,000 5. "Yuventus" – 124,000 6. "Mançester Siti" – 106,000 7. "Sevilya" – 104,000 8. PSJ – 103,000 9. "Arsenal" – 101,000 10. "Portu" – 93,000 11. "Liverpul" – 91,000 12. "Çelsi" – 87,000 13. "Borussiya" (Dortmund) – 85,000 14. "Roma" – 81,000 15. "Napoli" – 80,000 16. "Şaxtyor" – 80,000 17. "Tottenhem" – 78,000 18. "Mançester Yunayted" – 78,000 19. "Zenit" – 72,000 20. "Ayaks" – 70,500 ....70. Qarabağ FK 71. "Feyenord" 72. "Lester Citi" 73. "Slavia Praqa" 74. "Real Betis" 75. "Real Sosyedad" 76. "Celta Vigo" 77. "Malmö" 78. "Milan" 79. "Maribor" 80. "Zürich" 81. "Partizan" ...273. "Keşlə" 274. "Neftçi" 275. "Zirə" 276. "Kəpəz" 2018/2019-cu illər mövsümü üzrə onluq: 1-2. "Barselona", "Çelsi" – 30,000 3. "Liverpul" – 29,000 4. "Ayaks" – 27,000 5-6. "Arsenal", "Tottenhem" – 26,000 7. "Mançester Siti" – 25,000 8. "Ayntraxt" – 24,000 9-10. "Portu", "Valensiya" – 23,000 Rubrika.Az Geri qayıt |