Əsas Səhifə > Hadisə > ABŞ və Meksika rüsum və miqrasiya barədə razılığa gəlib
ABŞ və Meksika rüsum və miqrasiya barədə razılığa gəlib8-06-2019, 09:54 |
|
Amerika lideri Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar və Meksika rüsum və miqrasiya ilə bağlı saziş əldə edib. Rubrika.Az "Report"a istinadla xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb. "Xəbər verməyə şadam ki, Birləşmiş Ştatlar Meksika ilə razılıq əldə edib. ABŞ-ın bazar ertəsi Meksikaya qarşı planlaşdırdığı rüsum tətbiqi bununla əlaqədar olaraq qeyri-müəyyən müddətə təxirə salınıb", — deyə o bildirib. Trampın sözlərinə görə, Meksika qanunsuz miqrasiya ilə bağlı mübarizə üçün ABŞ-la sərhəddə qəti addımlar atmağa razılıq verib. Rubrika.Az Geri qayıt |