Əsas Səhifə > İdman > AVRO-2020: Bu gün Türkiyə dünya çempionları ilə qarşılaşacaq
AVRO-2020: Bu gün Türkiyə dünya çempionları ilə qarşılaşacaq8-06-2019, 18:46 |
|
Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində III tura yekun vurulacaq. Rubrika.Az "Report"a istinadla xəbər verir ki, ikinci oyun günündə 5 qrupda 13 qarşılaşma təşkil olunacaq. İ, J və H qruplarında 3, C və E qruplarında isə 2 matç keçiriləcək. C qrupunda Almaniya millisi 2 oyunda xal toplaya bilməyən Belarusun qonağı olacaq. İlk oyununu xalsız başa vuran Estoniya isə lider Şimali İralandiyanı qəbul edəcək. Azərbaycan millisi E qrupunda Macarıstanı qəbul edəcək. Dünya çempionatının finalçısı Xorvatiya isə Uelsi sınağa çəkəcək. Turun mərkəzi oyunu H qrupunda keçiriləcək. Son dünya çempionu Fransa səfərdə Türkiyə ilə qarşılaşacaq. Hər iki komanda 2 turdan sonra maksimum nəticə göstərib. Qrupun digər matçlarında İslandiya Albaniyanı sınağa çəkəcək, autsayderlər Moldova və Andorra yığmaları isə ilk xallarını qazanmağa cəhd göstərəcəklər. I qrupunda favorit sayılan Belçika millisi Qazaxıstan, Rusiya yığması autsayder San Marino ilə üz-üzə gələcək. Kipr isə Şotlandiyanın qonağı olacaq. Sonuncu J qrupunda isə favorit İtaliya səfərdə Yunanıstanın müqavimətini qırmağa çalışacaq. Qrupun digər matçlarında isə Lixtenşteyn Ermənistanın, Bosniya və Hersoqovina isə Finlandiyanın qonağı olacaq. AVRO-2020, Seçmə mərhələ, III tur 8 iyun C qrupu 20:00. Estoniya – Şimali İrlandiya 22:45. Belarus - Almaniya Xal durumu: Ş.İrlandiya - 6 (2 oyuna) , Almaniya – 3 (1), Hollandiya – 3 (2), Estoniya – 0 (1), Belarus – 0 (2). E qrupu 17:00. Xorvatiya - Uels 20:00. Azərbaycan – Macarıstan Xal durumu: Slovakiya - 3 (2 oyuna), Uels – 3 (1), Macarıstan – 3 (2), Xorvatiya – 3 (2), Azərbaycan – 0 (1). H qrupu 17:00. İslandiya - Albaniya 20:00. Moldova - Andorra 22:45. Türkiyə - Fransa Xal durumu: Fransa – 6 (2 oyuna), Türkiyə - 6 (2), Albaniya – 3 (2), İslandiya – 3 (2), Andorra – 0 (2), Moldova – 0 (2). I qrupu 20:00. Rusiya – San Marino 22:45. Belçika - Qazaxıstan 22:45. Şotlandiya - Kipr Xal durumu: Belçika – 6 (2), Kipr – 3 (2), Rusiya – 3 (2), Qazaxıstan – 3 (2), Şotlandiya – 3 (2), San Marino – 0 (2). J qrupu 20:00. Finlandiya – Bosniya və Hersoqovina 20:00. Ermənistan – Lixtenşteyn 22:45. Yunanıstan - İtaliya Xal durumu: İtaliya – 6 (2), Yunanıstan – 4 (2), Bosniya və Hersoqovina – 4 (2), Finlandiya – 3 (2), Ermənistan – 0 (2), Lixtenşteyn – 0 (2). Rubrika.Az Geri qayıt |