Əsas Səhifə > İstisadiyyat > Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb11-06-2019, 10:13 |
|
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,11 ABŞ dolları və yaxud 3,34% artıb. Rubrika.Az "Report"a istinadla xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,31 dollar təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Rubrika.Az Geri qayıt |